Məsihin ardınca getməyin bədəli nədir?

Yoldaşlıq

Son görüşümüzdən bəri nələr baş verdi və nəyə görə minnətdarsınız?
Bu həftə sizi stresə salan nə oldu və vəziyyətin daha yaxşı olması üçün nə lazımdır?
Cəmiyyətinizdəki insanların ehtiyacları nələrdir və ifadə etdiyimiz ehtiyacları qarşılamaqda bir-birimizə necə kömək edə bilərik?
Keçən dəfəki görüşdə hansı hekayəni müzakirə etmişdik? Allah və insanlar haqqında nə öyrəndik?
Son görüşümüzdə öyrəndiklərinizi tətbiq etməyə qərar verdiniz. Nə etdiniz və necə oldu?
Son dəfə oxuduğumuz hekayədən nələri kimlə paylaşdınız? Onlar necə reaksiya verdilər?
Son görüşümüzdə bir neçə ehtiyac müəyyən etdik və onları qarşılamağı planlaşdırdıq. Necə oldu?
İndi isə gəlin Allahın Kəlamından bugünkü hekayəni oxuyaq...

MATTA 10: 37-39

³⁷ Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. ³⁸ Çarmıxını götürməyib ardımca gələn kəs də Mənə layiq deyil. ³⁹ Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq.

MARK 8: 34-38

³⁴ İsa şagirdləri ilə birgə camaatı da yanına çağırıb belə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin. ³⁵ Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək. ³⁶ İnsana bütün dünyanı qazanıb canını itirməyinin nə xeyri var? ³⁷ İnsan öz canının əvəzinə nə verə bilər? ³⁸ Bu vəfasız və günahkar nəsil arasında kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Atasının izzəti içində müqəddəs mələklərlə birgə gələndə o adamdan utanacaq».

Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.

Tətbiq

İndi bir nəfər bu parçanı heç vaxt eşitməyən bir dostuna danışırmış kimi öz sözləri ilə nəql etsin. Əgər danışan şəxs nəyisə unutsa və ya səhvən nəsə əlavə etsə, gəlin dostumuza kömək edək. Özündən nəsə əlavə etdiyi halda, ona "Bunu hansı ayədə görürsən?" sualını verə bilərik.
Bu hekayə bizə Allah, Onun xarakteri və fəaliyyəti haqqında nə öyrədir?
Bu hekayədən özümüz də daxil olmaqla insanlar haqqında nə öyrənirik?
Bu hekayədən Rəbbin sizə açdığı həqiqətləri bu həftə həyatınızda necə tətbiq edəcəksiniz? Konkret olaraq hansı addımı atacaqsınız?
Növbəti görüşümüzə qədər bu hekayədəki bir həqiqəti kimlə bölüşəcəksiniz? Bizim kimi bu tətbiqlə Allahın sözünü kəşf etmək istəyən kimlərisə tanıyırsınız?
Görüşümüz sona yaxınlaşdıqca, gəlin növbəti görüşün vaxtını və görüşü kimin idarə edəcəyini müəyyən edək.
İtaət addımlarınızı özünüz üçün qeyd etməyinizi və növbəti görüşə qədər hekayəni yenidən oxumağınızı tövsiyə edirik. Əgər hekayənin mətni və ya səsi sizdə yoxdursa, görüşü aparan şəxs sizinlə paylaşa bilər. Son olaraq, Rəbdən bizə kömək etməsini istəyək.

0:00

0:00