³⁶ «Müəllim, Qanunda ən böyük əmr hansıdır?» ³⁷ İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”. ³⁸ Bu, böyük və əsas əmrdir. ³⁹ Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”. ⁴⁰ Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır».
⁴ Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. ⁵ Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev. ⁶ Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın. ⁷ Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış. ⁸ Onları yazıb qoluna bir nişan kimi, gözlərinin arasına alın bağı kimi bağla, ⁹ evlərinin qapı çərçivələrinə və darvazalarına yaz.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00