⁴⁶ İsa camaatla söhbət edəndə anası və qardaşları bayırda durub Onunla danışmaq istəyirdilər. ⁴⁷ Bir nəfər İsaya dedi: «Budur, anan və qardaşların bayırda dayanıb Səninlə danışmaq istəyirlər». ⁴⁸ Amma İsa bu sözü söyləyənə cavab verib dedi: «Mənim anam və qardaşlarım kimlərdir?» ⁴⁹ Əlini şagirdlərinə doğru uzadaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır. ⁵⁰ Çünki kim göylərdə olan Atamın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».
³ Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən Allaha – Rəbbimiz İsa Məsihin Atasına alqış olsun! ⁴ O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz məhəbbətdə Onun qarşısında müqəddəs və nöqsansız olaq. ⁵ Öz iradəsinin xoş məramına görə İsa Məsih vasitəsilə bizi əvvəlcədən təyin etdi ki, Özü üçün övladlığa götürsün. ⁶ Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək. ⁷⁻⁸ Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik. ⁹ Allah əvvəlcə sirr olaraq saxladığı iradəsini xoş məramına görə bizə bildirdi. Bu məramını O, Məsihdə əvvəlcədən təyin etmişdi. ¹⁰ Vaxt tamam olanda isə bu niyyətini yerinə yetirərək həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00