²⁶ Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək.
⁵ İndi isə Məni Göndərənin yanına gedirəm və heç biriniz Məndən “Hara gedirsən?” deyə soruşmur. ⁶ Amma sizə bu şeyləri söylədiyim üçün ürəyiniz kədərlə doldu. ⁷ Bununla belə, Mən sizə həqiqəti söyləyirəm: Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm. ⁸ O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcək: ⁹ günah barədə, çünki Mənə iman etmirlər; ¹⁰ salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz; ¹¹ mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub. ¹² Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. ¹³ Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. ¹⁴ O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək. ¹⁵ Atanın hər nəyi varsa, Mənimdir. Buna görə də “Mənim olandan götürüb sizə bildirəcək” söylədim.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00