⁴² Onda İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbəri sayılanlar onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. ⁴³ Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. ⁴⁴ Aranızda birinci olmaq istəyən hamının qulu olsun. ⁴⁵ Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
⁴ Müxtəlif ənamlar var, amma Ruh eynidir. ⁵ Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. ⁶ Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir. ⁷ Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur. ⁸ Birinə Ruh vasitəsilə hikmət sözü, başqasına isə eyni Ruhla bilik sözü verilir. ⁹ Digərinə isə eyni Ruh imanı, o birisinə həmin Ruh şəfa ənamlarını verir. ¹⁰ Birinə möcüzə yaratmaq, başqasına peyğəmbərlik, digərinə ruhları ayırd etmək qabiliyyəti, bir başqasına müxtəlif dillərdə danışmaq, o birisinə bu dilləri izah etmək ənamı verilir. ¹¹ Bunların hamısı tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00