¹ Sənsə, ey oğlum, Məsih İsada olan lütflə güclən. ² Bir çox şahidlərin önündə məndən eşitdiyin sözləri başqalarına da öyrətməyə qadir olan sadiq adamlara həvalə et. ³ Məsih İsanın yaxşı əsgəri kimi mənimlə birgə əzaba qatlaş. ⁴ Əsgərlik edən insan gündəlik həyatla bağlı işlərə sürüklənməz, ona əmr edən zabiti razı salmağa çalışar. ⁵ Həmçinin yarışlara qoşulan insan da qaydaya görə yarışmazsa, başına zəfər çələngi qoyulmaz. ⁶ Zəhmətkeş əkinçinin payına məhsulunun ilk bəhrəsi düşməlidir. ⁷ Dediklərimə fikir ver. Rəbb söylədiyim hər şeydə sənə anlayış verəcək.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00