Fədakar Həyat

Yoldaşlıq

Son görüşümüzdən bəri nələr baş verdi və nəyə görə minnətdarsınız?
Bu həftə sizi stresə salan nə oldu və vəziyyətin daha yaxşı olması üçün nə lazımdır?
Cəmiyyətinizdəki insanların ehtiyacları nələrdir və ifadə etdiyimiz ehtiyacları qarşılamaqda bir-birimizə necə kömək edə bilərik?
Keçən dəfəki görüşdə hansı hekayəni müzakirə etmişdik? Allah və insanlar haqqında nə öyrəndik?
Son görüşümüzdə öyrəndiklərinizi tətbiq etməyə qərar verdiniz. Nə etdiniz və necə oldu?
Son dəfə oxuduğumuz hekayədən nələri kimlə paylaşdınız? Onlar necə reaksiya verdilər?
Son görüşümüzdə bir neçə ehtiyac müəyyən etdik və onları qarşılamağı planlaşdırdıq. Necə oldu?
İndi isə gəlin Allahın Kəlamından bugünkü hekayəni oxuyaq...

ROMALILARA 12: 1-21

¹ Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir. ² Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz. ³ Mənə verilən lütflə sizin hər birinizə deyirəm ki, lazım olduğundan artıq özünüz barədə yüksək fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə ağıl-kamalla düşünün. Çünki bizim bir bədənimizdə çoxlu üzvlər olduğu halda onların hər birinin vəzifəsi heç də eyni deyil. Eləcə biz də çox olduğumuz halda Məsihdə bir bədənik və ayrı-ayrılıqda bir-birimizə bağlı üzvlərik. Allahın bizə bağışladığı lütfə görə müxtəlif ruhani ənamlarımız var. Bir kəsin ənamı peyğəmbərlikdirsə, imanının ölçüsünə görə peyğəmbərlik etsin; ənamı xidmətdirsə, xidmət etsin; müəllimlikdirsə, öyrətsin; nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün. Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. ¹⁰ Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın. ¹¹ Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. ¹² Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin. ¹³ Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin. ¹⁴ Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin. ¹⁵ Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın. ¹⁶ Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın. ¹⁷ Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin. ¹⁸ İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın. ¹⁹ Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm». ²⁰ Əksinə, «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən». ²¹ Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl.

Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.

Tətbiq

İndi bir nəfər bu parçanı heç vaxt eşitməyən bir dostuna danışırmış kimi öz sözləri ilə nəql etsin. Əgər danışan şəxs nəyisə unutsa və ya səhvən nəsə əlavə etsə, gəlin dostumuza kömək edək. Özündən nəsə əlavə etdiyi halda, ona "Bunu hansı ayədə görürsən?" sualını verə bilərik.
Bu hekayə bizə Allah, Onun xarakteri və fəaliyyəti haqqında nə öyrədir?
Bu hekayədən özümüz də daxil olmaqla insanlar haqqında nə öyrənirik?
Bu hekayədən lider olmaq haqqında nə öyrənirik?
Bu hekayədən Rəbbin sizə açdığı həqiqətləri bu həftə həyatınızda necə tətbiq edəcəksiniz? Konkret olaraq hansı addımı atacaqsınız?
Növbəti görüşümüzə qədər bu hekayədəki bir həqiqəti kimlə bölüşəcəksiniz? Bizim kimi bu tətbiqlə Allahın sözünü kəşf etmək istəyən kimlərisə tanıyırsınız?
Görüşümüz sona yaxınlaşdıqca, gəlin növbəti görüşün vaxtını və görüşü kimin idarə edəcəyini müəyyən edək.
İtaət addımlarınızı özünüz üçün qeyd etməyinizi və növbəti görüşə qədər hekayəni yenidən oxumağınızı tövsiyə edirik. Əgər hekayənin mətni və ya səsi sizdə yoxdursa, görüşü aparan şəxs sizinlə paylaşa bilər. Son olaraq, Rəbdən bizə kömək etməsini istəyək.

0:00

0:00