¹ İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. ² İsa danışmağa başlayıb onları öyrədərək dedi: ³ «Nə bəxtiyardır ruhən yoxsullar! ⁴ Nə bəxtiyardır yaslı olanlar! ⁵ Nə bəxtiyardır həlimlər! ⁶ Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! ⁷ Nə bəxtiyardır mərhəmətli olanlar! ⁸ Nə bəxtiyardır ürəyi təmiz olanlar! ⁹ Nə bəxtiyardır sülhyaradanlar! ¹⁰ Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! ¹¹ İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! ¹² Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00