¹ Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. ² İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. ³ O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». ⁴ İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır». ⁵ Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub ⁶ dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı ⁷ İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır». ⁸ İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: ⁹ «Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». ¹⁰ İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». ¹¹ Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00