¹⁴⁻¹⁵ Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın ¹⁶ O, izzətinin zənginliyinə görə Öz Ruhu vasitəsilə sizi daxili varlığınızda qüvvə ilə möhkəmləndirsin ¹⁷ və Məsih iman vasitəsilə ürəklərinizdə yaşasın. Siz də məhəbbətdə kök salıb təməl qoyasınız, ¹⁸ belə ki bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə, ¹⁹ hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız. ²⁰ Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allaha ²¹ imanlılar cəmiyyətində və Məsih İsada izzət bütün nəsillər boyunca əbədi olsun! Amin.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00